Ermənilər Qarabağa 3-cü yolu çəkir — FOTOLAR

HADİSƏ 26 sen 2019, 15:54

Ermənilər işğalda saxladıqları Kəlbəcər rayonuna Ermənistandan yeni yol çəkilişini davam etdirirlər.


Ermənistan KİV xəbərlərinə görə, Gorus-Xankəndi və Vardenis-Ağdərə yolundan sonra bu dəfə Ermənistanın Qeqarkunik vilayətinin Norabak kəndindən Zod aşırımından keçməklə Kəlbəcər rayonunun mərkəzinə yol çəkilir.


Yeni yolun ümumi uzunluğu 25,5 kilometr olacaq. Tikinti işlərinin 2020-ci ilin ortalarında başa çatması gözlənilir. Xatırladaq ki, işğalçı ölkə rəhbərliyi Ermənistanın Qafan rayonundan Xocavəndə 4-cü yolun çəkiləcəyini də elan edib. (modern.az) 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top