Bakıda velosiped yolu çəkilir

HADİSƏ 25 sen 2019, 21:13

Xəbər verdiyimiz kimi, bu gün Bakı Nəqliyyat Agentliyinin "Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışı olub.


Açılış mərasimində iştirak edən Prezident İlham Əliyevə paytaxtda velosiped yolunun salınacağının nəzərdə tutulduğu barədə məlumat verilib.


Bildirilib ki, Hökumət evinin arxasında pilot layihə kimi velosiped yolunun salınması nəzərdə tutulur. Yolun 100 metrlik hissəsi artıq hazırdır. 


İndi velosiped yolunun örtüyü ilə bağlı təcrübələr aparılır. Bu yolun salınmasında əsasən yerli materiallardan istifadə edilir. Bakı şəhərində ümumilikdə 18,5 kilometrlik, ilk mərhələdə isə 7,5 kilometrlik velosiped yolunun salınması nəzərdə tutulur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top