"Fənərbağça" və "Beşiktaş"ın potensial baş məşqçi namizədləri arasında yer alan dünyaca məşhur portuqaliyalı çalışdırıcı Joze Mourinyonun yeni mövsümdə çalışdıracağı komanda müəyyənləşib.
Demokrat.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Mourinyonun Səudiyyə Ərəbistanının "Əl-Qadsiah" komandasının yeni baş məşqçisi olmağa çox yaxın olduğu bildirilib.
Bu mövsüm Səudiyyə Ərəbistanı Pro Liqasına çıxan və növbəti mövsüm üçün əhəmiyyətli transfer büdcəsi ayıran "Əl-Qadsiah"la danışıqların yekunlaşmaq üzrə olduğu bildirilib.


