Xarici siyasət

"Bakı ilə İrəvan arasında sülh prosesi ATƏT üçün prioritetdir"

Bakı ilə İrəvan arasında sülh prosesi ATƏT üçün prioritetdir

Bakı ilə İrəvan arasında sülh prosesi ATƏT üçün prioritet məsələdir.

Demokrat.az xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici, Avropa işləri və ticarət naziri İan Borq Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

“Biz sərhədlərin delimitasiyası prosesinin başlanılmasını alqışlayırıq”, - o vurğulayıb.

Onun sözlərinə görə, açıq qalan məsələləri həll etmək üçün diplomatiya və danışıqlar prinsiplərinə riayət etmək lazımdır:

“Biz ATƏT olaraq sülh prosesinin irəliləməsinə yönəlmiş bütün praqmatik həlləri alqışlayırıq”.

D
demokrat.az