İngiltərənin çempionat təmsilçisi “Hall Siti" klubu baş məşqçi Liam Rosenyorla yollarını ayırıb.
Demokrat.az xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb.
Məlumata əsasən, komanda mövsümü 70 xalla 7-ci pillədə başa vuraraq pley-offdan kənarda qalıb.
Bu səbəbdən 39 yaşlı mütəxəssis istefaya göndərilib.
Qeyd edək ki, sözügedən komanda türkiyəli məşhur iş adamı Acun Ilıcalıya məxsusdur.
Aysu Demokrat.az


