İdman

“Qarabağ” “Neftçi”yə qarşı

“Qarabağ” “Neftçi”yə qarşı

Bu gün futbol üzrə Azərbaycan kubokunda 1/2 final mərhələsinin cavab oyunları keçiriləcək.

Demokrat.azxəbər verir ki, ilk oyunda 2:1 hesablı qələbə qazanan “Zirə” səfərdə “Qəbələ” ilə qarşılaşacaq.

“Neftçi” səfərdə darmadağın edən “Qarabağ” isə bu dəfə rəqibini evdə qəbul edəcək. Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Final matçı iyunun 2-də keçiriləcək.

Azərbaycan kuboku, 1/2 final

Cavab oyunları

17:00. “Qəbələ” - “Zirə” Qəbələ şəhər stadionu İlk oyun 1:2

20:00. “Qarabağ” - “Neftçi” Tofiq Bəhramov adına Respublika stadionu İlk oyun 4:0

D
demokrat.az