Şou-biznes

"Məbləğin bir qismi ödənildi" — Zamirə "Space TV"yə qayıtdı (FOTO)

Məbləğin bir qismi ödənildi — Zamirə Space TVyə qayıtdı (FOTO)

"Space TV" ilə bağlı problemə bu gün son qoyduq. Məhkəmənin qərarı nəhayət icra olundu. Mənə ödənilməli məbləğin bir qismi ödənildi. Bir hissəsini isə kanalın rəsmisi yaxın günlərdə ödəyəcəklərini bildirdi".

Axşam.az xəbər verir ki, bu sözləriaparıcı Zamirə Dadaşova sosial şəbəkədə yazıb. O, yenidən “Space Tv”yəqayıtdığını bildirib:

“Artıq mən "Space"televiziyasının rəsmi əməkdaşı hesab olunuram.Kanallaəməkdaşlıq edib-etməyəcəyimi isə zaman göstərər. Bu gün özlərinə də dedim. Sabah kimin harada olacağı bəlli deyil. Mən “Space TV”yəqayıtdım, amma sabah Vado Korovinin kanala rəhbərlik edib-etməyəcəyi bəlli deyil. Elə mənim də sabah hansı vəzifələrdə ola biləcəyim sual altındadır. Bircə onu deyirəm ki, Allah heç kimi heç kimin yanında xəcalətli etməsin. Bir-birimizi görəndə atdığımız addımlardan utanmayaq. Üzlərə baxmağa üzümüz olsun. Bu da bir hekayənin sonu. Gözəl başlanğıclar arzusu ilə...”

Qeyd edək ki, Zamirə sözügedən kanalda heç bir xəbərdarlıq edilmədən işdən çıxarıldığını, daha sonra isə əmək kitabçasının ona verilmədiyinibildirmişdi.Zamirə Dadaşova "Space TV"nin rəhbəri Vado Korovi məhkəməyə vermişdi. Aparıcı daha sonra məhkəmədə qalib gəldiyini açıqlamışdı.

"Məhkəmənin qərarı ilə Space MMC də işə bərpa olunmalı, işə bərpa olunan günə qədər bütün əməkhaqqım ödənilməli və vəkilə ödədiyim rüsumu da cavabdeh ödəməlidir. Sənədlərdə o qədər yanlışlıqlara yol veriblər ki, gördükcə şoka düşürəm" deyə, Zamirə qeyd etmişdi.

NE
Nihadə Eyyubova