Sosial Özəl

"Meymun" virusu Azərbaycanda yayıla bilərmi?

Meymun virusu Azərbaycanda yayıla bilərmi?

Dünyada yeni yayılan “Meymun” virusu bir çox əlamətlərlə özünü göstərməkdədir. Belə ki, virus səpkilərlə özünü büruzə verir. Xəstəlik irəlilədikcə sinir sistemi və qaraciyər zədələnir.

İnfeksionist Mərdan Əliyev Demokrat.az-a açıqlamasında ölkəmizdə bu virusun yayılma ehtimalının aşağı olduğunu deyib:

Meymun virusu Azərbaycanda yayıla bilərmi?

“”Meymun” virusu endemik bir xəstəlikdir. Meymunların yaşadığı yerlərdə daha çox olur və bəzi meymun növlərində rast gəlinir. Təmasda olan insana yoluxa bilir. Nadir hallarda rast gəlinən bir xəstəlikdir. Lakin yeni xəstəlik də deyil, elmə çoxdan məlumdur. “B” virusu tərəfindən törədilir. Sinir sistemini, xüsusən baş beyini zədələyir. Müalicə olunmadığı halda ölümə gətirib çıxara bilər. Endemik olduğu üçün Azərbaycanda yayılma ehtimalı çox deyil”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova