İdman

"Atletik Bilbao" 40 ildən sonra yenidən İspaniya kubokunu qazanıb

Atletik Bilbao 40 ildən sonra yenidən İspaniya kubokunu qazanıb

"Atletik Bilbao" Kral Kubokunun finalında "Malyorka"nı məğlub edib.

"Report" xəbər verir ki, qalib penaltilər seriyasında müəyyənləşib.

Əsas və əlavə vaxt 1:1 hesabı ilə başa çatıb. Vurulan qollar: Oyan Sanset (50) - Daniel Rodriqes (21). Penaltilər seriyasında "Atletik" 4:2 hesabı ilə qalib gəlib.

"Atletik" tarixində 24-cü dəfə Kral Kubokunu qazanıb. Komanda sonuncu dəfə mükafatı 40 il əvvəl - 1983/84 mövsümündə alıb. Klubun qələbə sayına görə, yalnız "Barselona"dan (31) geri qalır.

D
demokrat.az