İdman

Bakıda Olimpiya Təsnifat turniri başlayır

Bakıda Olimpiya Təsnifat turniri başlayır

Bu gün Bakıda güləş üzrə Avropa Olimpiya Təsnifat turniri start götürəcək.

Demokrat.az xəbər verir ki, ilk gündə Azərbaycanın 4 yunan-Roma güləşçisi xalça üzərinə çıxacaq.

Nihat Məmmədli (60 kq), İslam Abbasov (87 kq) və Murad Əhmədiyev (97 kq) 1/8 finaldan yarışa qoşulacaqlar. Beka Kandelaki (130 kq) isə təsnifat mərhələsində Avropa və dünya üçüncüsü Oskar Marviklə (130 kq) güləşəcək.

Qeyd edək ki, hər çəkidə finala yüksələcək iki güləşçi Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.

D
demokrat.az