İdman

Azərbaycan Premyer Liqasında XXVIII tur başa çatacaq

Azərbaycan Premyer Liqasında XXVIII tur başa çatacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVIII tura yekun vurulacaq.

"Report" xəbər verir ki, sonuncu matçda "Sumqayıt" "Araz-Naxçıvan"ı qəbul edəcək.

"Gənclik şəhəri" təmsilçisi 39 xalla beşinci, qonaqlar 32 xalla səkkizinci pillədə qərarlaşıblar.

Azərbaycan Premyer Liqası

XXVIII tur

18:00. Sumqayıt” – “Araz-Naxçıvan”

Hakimlər: Kamranbəy Rəhimov, Şirmamed Mamedov, Zöhrab Abbasov, Əli Əliyev

Hakim-inspektor: Barış Şimşek

AFFA nümayəndəsi: Elgiz Abasov

M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Qeyd edək ki, bu turda "Neftçi" "Qəbələ"ni, (1:0), "Qarabağ" "Kəpəz"i (6:1), "Zirə" "Sabah"ı (1:0) məğlub edib. "Səbail" - "Turan Tovuz" görüşündə qalib müəyyənləşməyib - 1:1.

D
demokrat.az