İdman

"Qarabağ" Belarusda çempion oldu

Qarabağ Belarusda çempion oldu

“Qarabağ”ın U-14 komandası Belarusun paytaxtı Minskdə keçirilən “Naşe Buduşeye” (Bizim Gələcəyimiz) beynəlxalq turnirinin çempionu olub.

Demokrat.azxəbər verir ki,14 yaşlılardan ibarət komandamız yarımfinalda “Pskov”a 1:0 hesabı ilə qalib gəlib. Asif Əlizadənin baş məşqçisi olduğu ağdamlılar final oyununda BATE ilə qarşılaşıb.

BATE-ni də 1 qolla məğlub edən “Qarabağ” turnirin qalibi adına yiyələnib.

D
demokrat.az