Dünya Özəl

İtaliyada xizəkçilər helikopterlə xilas edildi

İtaliyada xizəkçilər helikopterlə xilas edildi

İtaliyada dağda 2300 metr hündürlükdə qalan 3 xizəkçi helikopterlə xilas edilib.

Demokrat.az xəbər verir ki, bu barədə “İHA” məlumat yayıb.

Bildirilib ki, Mondole dağında 2300 metr yüksəklikdə qalan 3 xizəkçi üçün xilasetmə əməliyyatı aparılıb.

Yanğınsöndürmə briqadasının xilasetmə qrupu vertolyotla bölgəyə gəlib, daha sonra xizəkçilərin olduğu yerə qalxıb.

Əməliyyat nəticəsində xizəkçilər sağ-salamat xilas edilib və sağlamlıqlarının yaxşı olduğu öyrənilib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova