İdman Özəl

İqor Tudorun yeni komandası bəlli oldu

İqor Tudorun yeni komandası bəlli oldu

İqor Tudorun Marseldən ayrıldıqdan sonra yeni komandası bəlli olub. Təcrübəli məşqçi ilə "Latsio" arasında razılıq əldə olunub.

Demokrat.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Bildirilib ki, bir müddət Super Liqa nəhəngi "Qalatasaray"ın məşqçisi olan və son olaraq Fransanın "Marsel" komandasını idarə edən İqor Tudor yeni komandası ilə razılaşlb.

İqor Tudor 2025-ci ilin iyununa qədər yeni mövsüm variantı ilə Latsio ilə müqavilə imzalamaq üçün bu gün İtaliyaya səfər edib.

Qeyd edək ki, Tudorun müqaviləsinin 2025-ci ilə qədər olacağı bildirilib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova