İdman

“Qarabağ” əzmkar mübarizədə “Bayer”ə məğlub oldu — VİDEO (YENİLƏNİB)

“Qarabağ” əzmkar mübarizədə “Bayer”ə məğlub oldu — VİDEO (YENİLƏNİB)

“Qarabağ” UEFA Avropa Liqasının 1/8 final mərhələsində cavab oyununa çıxıb.

Demokrat.az xəbər verir ki, Azərbaycan çempionu Almaniyada “Bayer”in qonağı olub.

“BayArena” stadionunda oynanılan görüş Leverkuzen təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Ağdam təmsilçisinin heyətində hesabı 58-ci dəqiqədə Abdullah Zubir açıb. “Köhlən atlar” 62-ci dəqiqədə meydanda azlıqda qalıblar. Elvin Cəfərquliyev birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. 67-ci dəqiqədə Olavio Juninyo rəqibi növbəti dəfə cəzalandırıb. Meydan sahiblərindən Ceremi Frimponq 72-ci dəqiqədə fərqi minimuma endirib. Matçın yekun nəticəsini isə 90+3 və 90+7-ci dəqiqələrdə dubla imza atan Patrik Şik müəyyənləşdirib.

Səfərdəki ilk matçda Ağdam klubu ilə 2:2 hesablı heç-heçə edən “Bayer” iki görüşün nəticəsinə əsasən 1/4 finala vəsiqə qazanıb. “Qarabağ” isə Avropa Liqasında mübarizəni dayandırıb.

Bu gün Avropa Liqasında 1/8 finalın cavab oyunları keçiriləcək. “Qafqazinfo” xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” da növbəti matçına çıxacaq.

*** 23:00

Matç başladı.

***

Ölkəmizin avrokuboklardakı yeganə təmsilçisi Almaniyada “Bayer”lə görüşəcək.

Xatırladaq ki, “Qarabağ” bu rəqiblə Avroliqanın qrup mərhələsində də qarşılaşmışdı. Səfərdə 1:5 hesabıyla uduzmuş Ağdam klubu, evdə də 0:1 hesablı məğlubiyyətə üzülmüşdü.

“Bay Arena”da təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Avropa Liqası 1/8 finalın cavab oyunu 14 mart

00:00. “Bayer” – “Qarabağ” Baş hakim: Entoni Teylor (İngiltərə) Leverkuzen. “BayArena” İlk oyun – 2:2.

***

“Bayer 04” və “Qarabağ”ın start heyətləri bəlli olub.

Komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaq.

“Bayer 04”:Matey Kovar, Pyero İncape, Odilon Kossunu, Yonas Hofmann, Robert Endrix, Borxa İqlesias, Florian Virts, Edmond Tapsoba, Amin Adli, Ceremi Frimponq, Qranit Caka

“Qarabağ”:Andrey Lunyov, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Julio Romao, Yassin Benzia, Marko Yankoviç, Abdullah Zubir, Bəhlul Mustafazadə, Leandro Andrade, Marko Veşoviç, Juninyo

NE
Nihadə Eyyubova