İdman

Ronaldunu ÇL-in yarımfinalına buraxmadılar

Ronaldunu ÇL-in yarımfinalına buraxmadılar

Asiya Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab görüşü çərçivəsində Səudiyyə Ərəbistanının “Əl-Nəsr” və Birləşmiş Ərəb Əmirliklərinin “Əl Ayn” klubları arasında oyun baş tutub.

Demokrat.az xəbər verir ki, cavab matçının əsas vaxtı portuqaliyalı Kriştianu Ronaldunun çıxış etdiyi “Əl-Nəsr”in qələbəsi ilə yekunlaşıb – 3:2.

İlk oyunda "Əl Ayn" öz meydanında 1:0 hesabı ilə qalib gəldiyi üçün 90 dəqiqənin nəticəsi qalibi müəyyən etməyə kifayət etməyib. Əlavə vaxtda tərəflər hərəyə bir dəfə fərqləniblər. Beləliklə, mücadilə penaltilər seriyasına qədər uzanıb. "Lotoreya"da "Əl-Ayn" 3:1 hesabı ilə qalib gəlib. “Əl-Nəsr”ın heyətində penalti seriyasını yalnız Ronaldu dəqiq yerinə yetirə bilib. Portuqaliyalı ulduz matça əlavə olunmuş dəqiqələrdə də penaltidən bir qol vurub.

Asiya Çempionlar Liqasında 1/4 final mərhələsinin digər cavab oyunları bu gün və sabah keçiriləcək.

12 mart

“Ulsan Hyundai” (Cənubi Koreya) – “Jeonbuk Hyundai Motors” (Cənubi Koreya) İlk oyun – 1:1

“Əl-İttihad Ciddə” (Səudiyyə Ərəbistanı) – “Əl-Hilal” (Səudiyyə Ərəbistanı) İlk oyun – 0:2

13 mart

Yokohama Marinos (Yaponiya) – Şandunq Tayşan (Çin) İlk oyun – 2:1

D
demokrat.az