Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunlarının təqvimi müəyyənləşib.
Demokrat.azPeşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmalar iki günü əhatə edəcək.
Mərhələnin görüşləri “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
2 aprel (çərşənbə axşamı) 20:00. “Neftçi” – “Qarabağ”
“Neftçi Arena”
3 aprel (çərşənbə) 19:00. “Zirə” – “Qəbələ” Zirə İdman Kompleksinin stadionu.


