İdman

“Beşiktaş” “Qarabağ”ın forvardını istəyir

“Beşiktaş” “Qarabağ”ın forvardını istəyir

“Qarabağ”ın hücumçusu Juninyo daha bir klubun maraq dairəsinə düşüb.

Demokrat.azTürkiyə mətbuatına istinadən xəbər verir ki, braziliyalı forvard uğrunda mübarizəyə “Beşiktaş” da qoşulub.

“Ağ-qaralar”ın idman direktoru Samet Aybaba hətta ondan ötrü Almaniyaya səfər edəcək. Təcrübəli mütəxəssis Avropa Liqasının 1/8 final mərhələsində “Bayer”lə “Qarabağ” arasında keçiriləcək cavab qarşılaşmasını tribunadan izləyəcək.

Qeyd edək ki, “Bayer” – “Qarabağ” oyunu martın 14-də keçiriləcək.

D
demokrat.az