Düz 47 ildir ki, dünyada 8 mart Beynəlxalq Qadınlar Günü kimi qeyd edilir. Belə ki, 1977-ci ildə BMT 8 mart tarixini qadın hüquqları və beynəlxalq sülh günü olaraq qəbul edib. O vaxtdan sonra 8 mart dünyada qadın həmrəyliyi günü kimi qeyd edilir. Bəzi dövlətlərdə bu gün hətta qeyri-iş günü elan edilib. Həmin dövlətlərdən biri də Azərbaycandır.
Azərbaycandan başqa post-sovet ölkələrində, o cümlədən Anqola, Çin, Laos, Monqolustan, Şimali Koreya, Kamboca daha bir neçə ölkədə 8 mart qeyri-iş günüdür. Amma dünyanın əksər ölkələrində bu gün bayram kimi deyil, sadəcə BMT-nin tərtib etdiyi təqvim kimi qeyd edilir.
Beləcə dünyanın əksər ölkələrində 8 mart sıradan bir iş günüdür.
Bəs, hansı ölkələrdə 8 mart təmtəraqsız qeyd edilir?
1. ABŞ 2. Kanada 3. Braziliya 4. Argentina 5. Fransa 6. Böyük Britaniya 7. Almaniya 8. İspaniya 9. İtaliya 10. Belçika 11. Portuqaliya 12. Türkiyə 13. İran 14. Hindistan 15. Pakistan 16. Cənubi Koreya 17. Ərəb ölkələri 18. Yaponiya 19. Avstraliya 20. Banqladeş 21. Finlandiya 22. Norveç 23. İsveç 24. Niderland 25. İsveçrə 26. Afrikanın əksər ölkələri
Bir sözlə BMT-nin üzvü olan ölkələrin cəmi 15 faizində 8 mart böyük coşğu və qeyri-iş günü kimi qeyd edilir.
Amma bütün hallarda belə bir günün təsis edilməsi böyük hadisədir. Çünki qadınlar təkcə 8 martda deyil, hər gün sevilməyə və diqqətə layiqdirlər.


