İdman

Avropa Liqası: "Qarabağ" Bakıda "Bayer 04"lə heç-heçə edib — VİDEO (YENİLƏNİB)

Avropa Liqası: Qarabağ Bakıda Bayer 04lə heç-heçə edib  — VİDEO (YENİLƏNİB)

Qarabağ" UEFA Avropa Liqasında növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Bakıda Almaniyanın "Bayer 04" klubunu qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma heç-heçə başa çatıb - 2:2.

26-cı dəqiqədə Yassin Benzia hesabı açıb. 45+2-ci dəqiqədə Olavio Juninyo qonaqları növbəti dəfə məyus edib.

Leverkuzen təmsilçisinin heyətində Florian Virtz 70-ci dəqiqədə fərqi azaldıb. 90+2-ci dəqiqədə Patrik Şik Almaniya klubunu məğlubiyyətdən xilas edib.

Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək.

UEFA Avropa Liqasının 1/8 finalının ilk matçı çərçivəsində “Qarabağ” - “Bayer” oyununda ikinci hissə başladı.

Azərbaycan çempionu güclü rəqib qarşısında iki top fərqi ilə öndədir - 2:0.

22:47

UEFA Avropa Liqasının 1/8 finalının ilk matçı çərçivəsində “Qarabağ” - “Bayer” oyununda hesab dəyişib.

Oyunun 45-ci dəqiqəsində Juninyo dəqiq zərbə ilə “Qarabağ”ı 2:0 önə keçirir.

Birinci hissə bitdi.

22:13

UEFA Avropa Liqasının 1/8 finalının ilk matçı çərçivəsində “Qarabağ” - “Bayer” oyununda hesab açılıb.

Oyunun 26-cı dəqiqəsində Juninyonun ötürməsini Benzia dəqiq zərbə ilə qola çevirir. “Qarabağ” 1:0 önə keçir.

21:45

UEFA Avropa Liqasının 1/8 finalının ilk oyunu çərçivəsində “Qarabağ” - “Bayer” matçı başlayıb.

Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Komandalar arasında cavab matçı martın 14-də Leverkuzendə oynanılacaq.

D
demokrat.az