İsveç üzvlük sənədlərini ABŞ-yə təhvil verərək NATO-nun 32-ci üzvü olub.
Demokrat.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq açıqlama verib.
O bildirib ki, artıq ölkənin Alyansa daxil olması haqqında protokol qüvvəyə minib:
“İsveçin NATO-ya daxil olması ilə bağlı Protokol qüvvəyə minib. İsveç Şimali Atlantika Alyansının 32-ci üzvü oldu. Ölkə artıq NATO-nun himayəsi altındadır”.
Aysu Demokrat.az


