İdman

"Qarabağ" bu gün "Bayer"lə qarşılacaq

Qarabağ bu gün Bayerlə qarşılacaq

"Qarabağ" bu gün UEFA Avropa Liqası çərçivəsində Almaniyanın "Bayer" klubunu qəbul edəcək.

Demokrat.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 21:45-də başlayacaq.

Görüşün baş hakimi fransalı Benua Bastyendir.

Qeyd edək ki, komandalar arasında cavab görüşü martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək.

D
demokrat.az