Gündəm

Bu ay 16 gün iş olmayacaq

Bu ay 16 gün iş olmayacaq

Bu gündən bayramlar ayı sayılan mart daxil olub.

Demokrat.azxəbər verir ki, martda 16 gün iş olmayacaq.

Belə ki, 8 Mart Beynəlxalq Qadınlar Günü, 20, 21, 22, 23, 24 mart tarixləri isə Novruz bayramı günləridir.

Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq, 2024-cü ildə beşgünlük iş həftəsində 23-24 mart şənbə-bazara təsadüf etdiyindən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 25 və 26 mart tarixləri də qeyri-iş günləridir.

Beləliklə, bu ay bayram, şənbə və bazar günləri də daxil olmaqla ümumilikdə 16 gün iş olmayacaq.

D
demokrat.az