Sosial

Salyanda körpə vəfat edib

Salyanda körpə vəfat edib

Salyan rayonunda körpəvəfat edib.

“Qafqazinfo” xəbər verir ki, yayılan məlumata görə, körpənin ölümünə səbəbpnevmoniya olub.

Məsələ ilə bağlıTibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən(TƏBİB) bildirilib ki, fevralın 24-ü saat 15:40 radələrində 2023-cü il təvəllüdlü körpə ağır vəziyyətdə Salyan Rayon Mərkəzi Xəstəxanasına gətirilib:

“Yüksək hərarət, tənəffüs çatışmazlığı, halsızlıq şikayətləri ilə gətirilən körpəyə ilkin olaraq naməlum etiologiyalı pnevmoniya diaqnozu qoyulub. Gecə saatlarında vəziyyəti ağırlaşan körpə, aparılan bütüntədbirlərə baxmayaraq, fevralın 25-i saat 05:30 radələrində kəskin ürək-damar, tənəffüs çatışmazlığı səbəbi ilə vəfat edib”.

NE
Nihadə Eyyubova