Azərbaycan millisinin "Dinamo"da (Zaqreb, Xorvatiya) çıxış edən üzvü Mahir Emreli mart ayından etibarən komanda ilə məşqlərə başlayacaq.
Demokrat.azxəbər verir ki, bu barədə slobodnadalmacija.hr məlumat yayıb.
Bildirilir ki, zədəlilərdən Mahirlə yanaşı, Dino Periç, Marko Roq və Luka Stoykoviç də mart ayında məşqlərə qoşulacaq. Lakin klubun həkimlərinin proqnozlarına görə, onlar yaşıl meydanlara mövsümün sonunda qayıdacaqlar.
Qeyd edək ki, M.Emreli yanvarın əvvəlində zədələnib.


