İdman

Avropa Liqası: “Qarabağ” - “Braqa” oyununda üçüncü qol vurulub — YENİLƏNDİ

Avropa Liqası: “Qarabağ” - “Braqa” oyununda üçüncü qol vurulub — YENİLƏNDİ

“Qarabağ”la Portuqaliyanın “Braqa” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda daha bir qol vurulub.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada qonaq komanda fərqlənib.

115-ci dəqiqədə Simon Banza penaltidən vurduğu qolla komandasını 3:1 hesabı ilə önə keçirib. Ümumi hesab isə 5:5-dir.

xxx

“Qarabağ”la Portuqaliyanın “Braqa” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda üçüncü qol vurulub.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada bu dəfə meydan sahibləri fərqləniblər.

102-ci dəqiqədə Mateuş Silva vurduğu qolla hesabı 1:2 edib.

Ümumi hesabda isə “Qarabağ” 5:4 önə keçib.

NE
Nihadə Eyyubova