İdman Özəl

Məşhur alman futbolçu vəfat etdi

Məşhur alman futbolçu vəfat etdi

Almaniyalı əfsanəvi futbolçu Andreas Brehme dünyasını dəyişib.

Demokrat.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, məşhur futbolçu 63 yaşında vəfat edib və onun ölüm səbəbinin infarkt olduğu bildirilib.

Bir çox Alman komandası Brehme-nin yaxınlarına və ailəsinə başsağlığı verib.

Qeyd edək ki, Andreas Brehme “Bavariya”, “Kayzerslautern” (Almaniya) və “İnter” (İtaliya) komandalarında çıxış edib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova