Hadisə

Azərbaycanda bank əməkdaşı futbol meydançasında öldü — FOTO

Azərbaycanda bank əməkdaşı futbol meydançasında öldü — FOTO

Azərbaycanda bank işçisi futbol oynayarkən qəfildən ölüb.

Demokrat.az busaat.az-a istinadlaxəbər verir ki, hadisə ötən axşam Gəncədə yerləşən özəl futbol meydançalarından birində baş verib.

“Access Bank”ın Gəncə filialının işçisi, 39 yaşlı Elçin Əhmədov futbol oynadığı zaman qəfil halı pisləşib və meydançada dünyasını dəyişib.

Məlumat üçün bildirək ki, mərhum sözügedən bankda 15 ilə yaxındır işləyirmiş. Onun səhhətində təzyiq problemi olduğu bildirilir.

Azərbaycanda bank əməkdaşı futbol meydançasında öldü — FOTO

NE
Nihadə Eyyubova