İdman Özəl

"Bavariya"nın futbolçusu zədələndi

Bavariyanın futbolçusu zədələndi

Almaniya Birinci Futbol Liqası (Bundesliqa) komandası Bayern Münhen, sağ cinah müdafiəçisi Saşa Boeyin zədələndiyini açıqlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə klubdan açıqlama verilib.

Bildirilib ki, “Qalatasaray"dan "Bavariya"ya transfer olunan fransalı futbolçu Saşa Boey zədələnib:

“Saşa Boey məşq zamanı sol diz nahiyəsindən yaralanıb. Həkimlər qrupunun açıqlamasına görə, 23 yaşlı futbolçu yaxın həftələrdə meydanlardan uzaq qalacaq".

Qeyd edək ki, gənc futbolçu yeni komandası ilə indiyədək 2 rəsmi oyunda çıxış edib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova