Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) 2024-2027-ci illər arasında paylayacağı mükafatlar açıqlanıb.
Demokrat.az-ın məlumatına görə, iştirakçı klublara ümumilikdə 3 milyard 310 milyon avro ödəniləcək.
Bu məbləğin 74 faizi, yəni 2 milyard 460 milyon avrosu Çempionlar Liqası və Superkubokda mübarizə aparacaq komandalara veriləcək.
Qalan 565 milyon avro Avropa Liqasında iştirak edəcək komandalara, 285 milyon avro isə Avropa Konfrans Liqasında iştirak edəcək komandalara paylanacaq.
Bundan əlavə, UEFA həmrəylik fəaliyyətlərinə 440 milyon avro ayıracaq və təşkilatlarda iştirak edə bilməyən klublara 308 milyon avro dəstək verəcək.
Seçmə mərhələlərdə mübarizə aparan komandalara 132 milyon avro ödəniləcək.
Qurum Qadınlar Çempionlar Liqası və Gənclər Liqası təşkilatlarında da 25 milyon avro mükafat ayıracaq.
Aysu Demokrat.az


