Dünya Özəl

Bu ölkədə silahlı hücum: Ölənlər var

Bu ölkədə silahlı hücum: Ölənlər var

Meksikanın Qerrero və Sonora ştatlarında baş verən silahlı hücumlarda 9 nəfər həyatını itirib.

Demokrat.az xəbər verir ki, bu barədə Meksika mətbuatı məlumat yayıb.

Məlumata görə, Çilpansinqo şəhərində mikroavtobusa edilən hücumda 5 nəfər, Sonora əyalətinin Kaborka qəsəbəsində isə 4 kənd təsərrüfatı işçisi həyatını itirib.

Hər iki hücumun çarpaz atəş formasında törədildiyi bildirilir.

Hadisə yerinə çoxlu polis əməkdaşları göndərilib.

Hücumlarla bağlı dövlət prokurorluqları istintaqa başlayıb.

Aysu Demokrat.az

D
demokrat.az