İvan Rakitiç Səudiyyə Ərəbistanı Liqası komandalarından olan "Əl-Şabab"a transfer olunub.
Demokrat.az xəbər verir ki, bu barədə İspaniya La Liqa komandalarından olan "Sevilya" məlumat yayıb.
Bildirilib ki, “Sevilya” ilə müqaviləsi mövsümün sonunda başa çatacaq 35 yaşlı xorvatiyalı yarımmüdafiəçi “Əş-Şabab”la 1,5 illik müqavilə imzalayıb.
“Sevilya”da iki fərqli dövrdə cəmi 7 il forma geyinən Rakitiç 323 matçda 51 qol vurub, 63 məhsuldar ötürmə edib.
Rakitiç Sevilya karyerasında iki dəfə UEFA Avropa Liqasının qalibi olub.
Aysu Demokrat.az


