İsveçrə Telman İsmayılovun hesablarına həbs qoydu

HADİSƏ 30 avq 2019, 16:46

İsveçrənin Sürix şəhər prokurorluğu Azərbaycan əsilli rusiyalı iş adamı, Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılovun bu ölkədəki hesablarına həbs qoyub.

 

Bu barədə "Report" "Kommersant"a istinadən xəbər verir.

 

Avqustun 19-da "BM-bank"ın nümayəndələri İsmayılovun hesablarının həbs qoyulması tələbi ilə məhkəməyə müraciət edib. İki gündən sonra vəsatət təmin edilib.

 

Bununla belə, bu hesablarda nə qədər məbləğin olması barədə məlumat verilmir.

 

Xatırladaq ki, aprel ayında T.İsmayılovun dələduzluqda, kreditorlara ziyan vurmaqda ittiham olunduğu məlumat verilmişdi. İqtisadi cinayətləri sübuta yetiriləcəyi halda onu 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top