Arda Gülər icarə əsasında “Real Madrid”dən gedə bilər.
Demokrat.az xarici mətbuata istinadən xəbər verir ki, klub potensial inkişafının qarşısını almamaq üçün gənc ulduzu iyun ayına qədər icarə əsasında oynaya biləcəyi komandaya göndərməyi planlaşdırır.
Bir digər iddiada isə Arda Gülərin başqa komandaya transfer olunduğu qeyd edilib.
Arda Gülər üçün yayılan xəbərin təfərrüatlarında transferin qısa zamanda açıqlanacağı bildirilib.


