İdman Özəl

"Roma" Joze Mourinyonu istefaya göndərdi

Roma Joze Mourinyonu istefaya göndərdi

"Roma" klubu portuqaliyalı baş məşqçi Joze Mourinyonu istefaya göndərib.

Demokrat.az xəbər verir ki, bu barədə klubdan açıqlama verilib.

Bildirilib ki, Joze Mourinyo İtaliyadakı üçüncü mövsümündə istefaya göndərilib:

"Jozeyə kluba gələndən bəri göstərdiyi səylərə görə təşəkkür edirik. Onun "Roma"dakı fəaliyyəti ilə bağlı hər zaman yaxşı xatirələrimiz qalacaq, lakin inanırıq ki, komandanın maraqları naminə dəyişiklik edilməlidir. Joze və köməkçilərinə gələcək işlərində uğurlar arzulayırıq”.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova