Hadisə Özəl

Nigeriyada qayıq qəzası: Ölənlər var

Nigeriyada qayıq qəzası: Ölənlər var

Nigeriyada qayığın batması nəticəsində 8 nəfər həyatını itirib, itkin düşən 100 nəfərin axtarış-xilasetmə işləri davam edir.

Demokrat.az xəbər verir ki, bu barədə Niger Dövlət Fövqəladə Hallar Agentliyinin sözçüsü İbrahim Audu açıqlama verib.

O bildirib ki, bu gün ölkənin Borgu bölgəsindən Kebbi əyalətinə gedən qayığın Niger çayında batması nəticəsində 8 sərnişin ölüb.

Baş verən qəzada itkin düşən 100 nəfərin axtarış-xilasetmə işlərinin davam etdiyini bildirən Audu, qayığın güclü külək nəticəsində aşdığını bildirib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova