Hadisə Özəl

Avtobuslar toqquşdu: Yaralılar var

Avtobuslar toqquşdu: Yaralılar var

Türkiyədə 2 işçi avtobusunun toqquşması nəticəsində 1-i ağır olmaqla 18 nəfər yaralanıb.

Demokrat.az xəbər verir ki, bu barədə “DHA” məlumat yayıb.

Bildirilib ki, hadisə ölkənin Hatay vilayətində baş verib.

Qəza səbəbiylə yol nəqliyyata bağlanıb. Əraziyə təcili tibbi yardım, polis və xilasetmə qrupları göndərilib.

Yaralılar dərhal xəstəxanaya yerləşdirilib və onlardan 1-nin vəziyyətinin ağır olduğu öyrənilib.

Qəza ilə bağlı araşdırmalar davam etdirilir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova