İdman

“Qarabağ” son 25 ilin rekorduna imza atdı

“Qarabağ” son 25 ilin rekorduna imza atdı

Premyer Liqanın 2023-cü ildə keçirilən oyunlarında “Qarabağ” hamıdan çox - 88 qol vuraraq, son 25 ilin rekorduna imza atıb.

Yeniavaz.com Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadla xəbər verir ki, bu toplardan 45-i cari mövsümün ilk, 43-ü isə ötən mövsümün ikinci yarısına təsadüf edib.

1998-ci ildən sonrakı dövr üçün əvvəlki rekord 87 qola bərabər idi. Buna 2022-ci ildə nail olan Ağdam klubu öz göstəricisini 2023-cü ildə yaxşılaşdırıb. Daha çox qola sonuncu dəfə 1998-ci ildə “Kəpəz” imza atıb. Qərblilər həmin vaxt 91 dəfə fərqlənib.

“Qarabağ”ın ötən ilki məhsuldarlığı ölkə çempionatları tarixində ümumilikdə 4-cü nəticənin təkrarıdır. 1995-ci ildə “Kəpəz” eyni sayda fərqlənib. Qeyd edək ki, mütləq rekord 1992-ci ildə 104 qol vuran “Neftçi”yə məxsusdur.

Bir təqvim ilində 75 və daha çox qol vuranlar:

1. “Neftçi” – 104 (1992); 2. “Xəzər” (Sumqayıt) – 100 (1992); 3. “Kəpəz” – 91 (1998); 4-5. “Kəpəz” – 88 (1995); “Qarabağ” – 88 (2023); 6. “Qarabağ” – 87 (2022); 7. “Neftçi” – 78 (1996)4 8. “Kəpəz” – 76 (1992).

D
demokrat.az