İdman

"Zirə" ukraynalı futbolçusu ilə yollarını ayırıb

Zirə ukraynalı futbolçusu ilə yollarını ayırıb

"Zirə" klubu ukraynalı futbolçusu Vladislav Kulaçla yollarını ayırıb.

"Report" xəbər verir ki, bu barədə "Sport.ua" nəşri məlumat yayıb.

2023-cü ilin əvvəlində paytaxt təmsilçisinə keçən 30 yaşlı hücumçu azad agent statusu alıb.

Qeyd edək ki, Vladislav Kulaç "Zirə"nin heyətində Azərbaycan Premyer Liqası və ölkə kubokunda 24 oyuna çıxıb. Təcrübəli forvard 4 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

D
demokrat.az