İngiltərə Premyer Liqa komandalarından olan "Mançester Siti"də çıxış edən Cek Qrilişin evindən zinət əşyaları və 1 milyon funt-sterlinq dəyərində saat oğurlanıb.
Demokrat.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Məlumata görə, İngiltərənin Çeşir bölgəsində yaşayan futbolçunun evinə oğru girib.
Polis İdarəsindən verilən açıqlamada 1 milyon funt sterlinq dəyərində qızıl-zinət əşyaları və saat oğurlandığı bildirilib.
Həmçinin, oğruların hələ də tutulmadığı və araşdırmaların davam etdiyi qeyd olunub.
Axtarış işlərində helikopterlərdən və polis itlərindən də istifadə edildiyi bildirilib.
Aysu Demokrat.az


