İdman

"Qəbələ" klubunun qış hazırlıq planı müəyyənləşib

Qəbələ klubunun qış hazırlıq planı müəyyənləşib

"Qəbələ”nin qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.

"Report"un Premyer Liqa klubunun rəsmi saytına istinadən məlumatına görə, XVIII turun dekabrın 22-də keçirilən “Sabah”la oyunundan (1:0) sonra istirahətə buraxılan “qırmızı-qaralar” 2024-cü il yanvarın 4-də Qəbələdə bir araya gələcəklər.

Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda təlim-məşq toplanışı müddətində iki yoxlama oyununda gücünü sınayacaq. “Qəbələ” yanvarın 10-da “Kəpəz”, 15-də isə “Qəbələ-2” ilə qarşılaşacaq.

Hər iki oyun Qəbələdə baş tutacaq. Matçların başlama saatı ilə bağlı əlavə məlumat veriləcək.

Qeyd edək ki, mövsümün ikinci yarısına yanvarın 21-23-də keçiriləcək XIX turun oyunları ilə start veriləcək.

D
demokrat.az