Azərbaycan Premyer Liqasında XVIII tur davam edir.
“Report”un məlumatına görə, bu gün daha iki oyun keçiriləcək.
İlk görüş Tovuzda baş tutacaq. Şəhərin eyniadlı komandası mövsümün sürpriz kollektivi “Araz-Naxçıvan”ı qəbul edəcək.
Günün ikinci matçı Sumqayıtda baş tutacaq. “Gənclik şəhəri” təmsilçisi turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan “Səbail”lə üz-üzə gələcək.
Qeyd edək ki, turun ilk oyununda ötən gün “Qəbələ” “Sabah”ı 1:0 hesabı ilə məğlub edib. Həm turun, həm də ilin son görüşləri dekabrın 24-də keçiriləcək. “Kəpəz” “Neftçi”nin, “Qarabağ” “Zirə”nin qonağı olacaq.
Premyer Liqa XVIII tur 23 dekabr (şənbə)
16:00. “Turan Tovuz” – “Araz-Naxçıvan” Hakimlər: Rəvan Həmzəzadə, Vüsal Məmmədov, Eyyub İbrahimov, Emin Əliyev Hakim-inspektor: İmanxan Sultani AFFA nümayəndəsi: Mübariz Hüseynov Tovuz şəhər stadionu
18:30. “Sumqayıt” – “Səbail” Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev Hakim-inspektor: Vüsal Əliyev AFFA nümayəndəsi: Asif Əliyev “Kapital Bank Arena”


