İdman

Nəriman Axundzadə: "Qolu şəhidlərimizə həsr edirəm"

Nəriman Axundzadə: Qolu şəhidlərimizə həsr edirəm

“Bu cür tarixi oyunda həyəcanlı idim. Çox yaxşı matç keçdi”.

Demokrat.az xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Nəriman Axundzadə deyib.

Azərbaycan kubokunun 1/8 finalında MOİK-lə matçda qol vuran futbolçu düşüncələrini bölüşüb:

“Bir ay bundan öncə belə düşünürdüm ki, Xankəndidə qol vuracağam. O qolun müəllifi olmaq şərəfdir. Şəhidlərimizə həsr edirəm”.

Qeyd edək ki, bu gün “Qarabağ”la MOİK arasında keçirilən qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib. “Qarabağ” hesabı 90+5-ci dəqiqədə açıb, Nəriman Axundzadə fərqlənərək tarixi qolun müəllifi olub.

D
demokrat.az