Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.
Demokrat.azxəbər verir ki, “Qarabağ” MOİK-lə üz-üzə gəlib.
Xankəndi şəhər stadionundakı qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. 90+3-cü dəqiqədə Nəriman Axundzadə qələbə qoluna imza atıb.
“Köhlən atlar” 1/4 finalda “Sabah”la üz-üzə gələcək.
*** 15:10
Xankəndidə "Qarabağ" və MOİK arasında keçirilən Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyununda ikinci hissə başlayıb.
Demokrat.azxəbər verir ki, hələlik görüşdə hesab açılmayıb.
*** 14:53
Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Qarabağ” və MOİK komandaları arasında keçirilən oyunda ilk hissə başa çatıb.
Demokrat.azxəbər verir ki, Xankəndi şəhər stadionunda keçirilən qarşılaşmada komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar.
Ağdam klubunun yarımmüdafiəçisi Riçard Almeyda 39-cu dəqiqədə zədələnərək Patrik Andrade ilə əvəzlənib.


