İdman

Tarixi matç başladı: “Qarabağ” MOİK-lə üz-üzə — CANLI

Tarixi matç başladı: “Qarabağ” MOİK-lə üz-üzə — CANLI

“Qarabağ” və MOİK komandaları arasında Xankəndidə keçirilən Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunu başlayıb.

Demokrat.azxəbər verir ki, Xankəndi şəhər stadionundakı qarşılaşma az öncə start götürüb.

Matçı Əli Əliyevin başçılıq etdiyi hakimlər briqadası edir. Bu oyunun qalibi 1/4 finalda “Sabah”la üz-üzə gələcək.

*** 08:12

Bu gün Xankəndi şəhərində Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində “Qarabağ”-MOİK oyunu keçiləcək.

Demokrat.az xəbər verir ki, Xankəndi stadionunda reallaşacaq tarixi oyun saat 14:00-da başlayacaq.

Matçın qalibi 1/4 finalda “Sabah”la qarşılaşacaq. Oyunu minlərlə tamaşaçı stadiondan canlı izləyəcək.

Xatırladaq ki, bu, 30 illik fasilədən sonra Qarabağ bölgəsinin işğaldan azad edilən hissəsində ilk rəsmi oyun olacaq.

D
demokrat.az