Qətərdə İsrailin Qəzzada hücumlarından zərər çəkən fələstinlilərə dəstək məqsədilə xeyriyyə oyunu keçiriləcək.
Demokrat.az xəbər verir ki, bu barədə xarici media orqanları məlumat yayıb.
Bildirilib ki, Xeyriyyə oyunu Qətər Fondunun vitse-prezidenti Əl-Meyassa bint Hamed Al Thani və Qətər Akademiyası tələbələrinin başlatdığı “Fələstinə qarşı durun” təşəbbüsü çərçivəsində təşkil olunacaq.
Saat 19.00-da Qatar Education City Stadium-da keçiriləcək matçdan əldə edilən bütün gəlir Qətər Qızıl Aypara Cəmiyyəti vasitəsilə Qəzzaya bağışlanacaq.
“Qətər” və “Fələstin” adlı iki təmsilçi komanda arasında keçiriləcək futbol matçında Qətər Milli Komandasının futbolçuları, keçmiş futbolçular, Qətər Akademiyasının tələbələri və Fələstin Məktəbinin tələbələri çıxış edəcək.
Qətər televiziyasında canlı yayımlanacaq xeyriyyə matçı çərçivəsində konsert, dron şouları, lotereya və mükafatlandırma mərasimi keçiriləcək.
Aysu Demokrat.az


