Futbolun ən yaxşı adlarının FIFA tərəfindən seçildiyi "FIFA The Best" mükafatı üçün namizədlər açıqlanıb.
Demokrat.az xəbər verir ki, bu barədə FİFA-dan açıqlama verilib.
Açıqlamada, sona qalan üç namizəd sırasına İngiltərə Premyer Liqa komandası Mançester Sitidə çıxış edən norveçli hücumçu Erlinq Haaland, Fransa 1-ci Futbol Liqasında (Liqa 1) Paris Saint-Germain (PSJ) komandasında çıxış edən fransız hücumçu Kilian Mbappe və İnter Mayamidə çıxış edən Lionel Messinin daxil olduğu bildirilib.
Qeyd edək ki, bu mükafat 19 dekabr 2022-ci il və 20 avqust 2023-cü il tarixləri arasında kişi futbolunda ən yüksək nəticə göstərən oyunçulara şamil olunur. Möhtəşəm mükafat 15 yanvar 2024-cü ildə Londonda keçiriləcək mərasimdə elan olunacaq.
Aysu Demokrat.az


