İdman

Azərbaycan Basketbol Liqası: “Xəzri” qələbə qazandı

Azərbaycan Basketbol Liqası: “Xəzri” qələbə qazandı

“Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) 8-ci turunun açılış oyunu baş tutub.

“Qafqazinfo” xəbər verir ki, “Xəzri” və “Sərhədçi” klubları arasında keçirilmiş oyunda, rəqibə nisbətdə daha üstün oyun nümayiş etdirən “Xəzri” yekunda 117-100 hesablı qazanıb. Ən məhsuldar basketbolçular: “Xəzri” (Mark Vital - 28 xal, 4 ribaund), “Sərhədçi” (Cəbrayıl Əkbərov - 24 xal, 14 ribaund).

Qeyd edək ki, 8-ci turun növbəti oyunları (“Sabah” - “Sumqayıt”, “Xırdalan” - “Neftçi”, “Gəncə” - “Şəki”, “NTD-İNDİQO” - “Cəlilabad”) 15, 16 və 17 dekabr tarixlərində baş tutacaq.

D
demokrat.az