2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinin püşkü atılıb.
Hamburqda gerçəkləşən tədbirə 21 milli komanda qatılıb.
Turnirin açılış matçı Almaniya və Şotlandiya yığmaları arasında gerçəkləşəcək.
A qrupu:Almaniya, Macarıstan, Şotlandiya, İsveçrə
B qrupu:İspaniya, Albaniya, Xorvatiya, İtaliya
C qrupu:İngiltərə, Danimarka, Sloveniya, Serbiya
D qrupu:Fransa, Avstriya, Niderland, A Yolunda pley-off qalibi (Polşa, Estoniya, Uels, Finlandiya)
E qrupu:Belçika, Rumıniya, Slovakiya, B Yolunda pley-off qalibi (İsrail, İslandiya, Bosniya və Herseqovina, Ukrayna)
F qrupu:Portuqaliya, Türkiyə, Çexiya, C Yolunda pley-off qalibi (Gürcüstan, Lüksemburq, Yunanıstan, Qazaxıstan)
AVRO-2024-ə son üç vəsiqənin sahibi pley-off mərhələsindən sonra bəlli olacaq.
Qeyd edək ki, Avropa çempionatı 14 iyun - 14 iyulda Almaniyanın 10 şəhərində təşkil olunacaq.(report)


