Gündəm

Qızılcadan ölən məktəblinin FOTOSU

Qızılcadan ölən məktəblinin FOTOSU

Xəbər verdiyimiz kimi, ötən gün paytaxtın Qaradağ rayonu Qobustan qəsəbəsində yerləşən Yusif Əliyev adına 195 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdi qızılcadan dünyasını dəyişib.

Demokrat.azÖlkə.az-a istinadənxəbər verir ki, virus nəticəsində ölən azyaşlı məktəbin IV sinif şagirdi Rinad Cahangirlidir.

Xatırladaq ki, 195 nömrəli tam orta məktəbin direktoru Laçın Hüseynli ötən gün sosial şəbəkələrdə paylaşım edərək son 5 gündə çalışdığı təhsil müəssisəsində 200-dən çox uşağın bu virusa yoluxduğunu demişdi.

Bu gün isə həmin məktəbin ibtidai siniflərində 14 gün müddətinə distant tədrisin tətbiqinə qərar verilib.

R.Cahangirlinin fotosunu təqdim edirik:

Qızılcadan ölən məktəblinin FOTOSU

D
demokrat.az